AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Şaban Donat: "Son toplanışda əsasən taktiki-texniki hazırlıq üzərində işləyəcəyik"
Namiq Əliyev sərbəst güləşçilərin məşqini izləyib / FOTO
Dünya çempionatının hazırlıqları başlayır
Oleq Krapivinin şərəfinə keçirilən VI açıq Respublika turniri başa çatıb / FOTO
Oleq Krapivinin şərəfinə VI açıq Respublika turniri start götürüb / FOTO
Wednesday, 03 October 2018 16:02

Aslan Ağayev: "Bu, dünya çempionatı ərəfəsində bizə lazım idi"

  • Print
  • Email
Rate this item
(0 votes)
Qadınlardan ibarət yığmamız oktyabrın 5-dən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayacaq.

Ayın 20-dək davam edəcək hazırlıq prosesi Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Səfər ərəfəsində yığmamızın baş məşqçisi Aslan Ağayev AGF-nin rəsmi saytına açıqlama verib.

Təcrübəli mütəxəssis əvvəlcə sentyabrda Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdəki çıxışı dəyərləndirib: “Belarusda əvvəlcə yerli komandayla yanaşı, Latviya, Hindistan və Macarıstanla birlikdə yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Daha sonra ənənəvi yarışa qatıldıq. Yeddi güləşçimizdən beşi medal qazandı. Daha yüksək nəticə də göstərə bilərdik. Ancaq bu çıxış da məni qane etdi. Bu, dünya çempionatı ərəfəsində bizə lazım idi. Mariya Stadnik isə buna qədər Polşada baş tutan yarışın qalibi olmuşdu".

Millinin çalışdırıcısı gənc güləşçilərimizin son durumuna belə aydınlıq gətirib: “Minskdə medal qazana bilməyən Türkan Nəsirova gənclər arasında dünya və Avropa çempionudur. Deməzdim ki, böyüklər arasında özünü göstərə bilmir. Sadəcə, çəkisi 50 kq-dan aşağıdır. Bu da istər-istəməz çıxışına təsir göstərir. Bir qədər əzələ kütləsini artırsa, böyüklər arasında da uğurlar qazanacaq. Onun üzərində çalışırıq. İstanbuldakı toplanışda Türkan da yer alacaq. Gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Tatyana Varantsova da millinin heyətində olacaq. Türkiyədə taktiki-texniki hazırlıq üzərində çalışacaq. İstedadlı gənc güləşçilərimizdən biri də gənclər arasında dünya və Avropa çempionu Leyla Qurbanovadır. Ancaq onun zədəsi var. İlin sonunda bərpa prosesi başa çatacaq və yığmanın tərkibinə qoşulacaq”.

Baş məşqçi Stadnikin dünya çempionatına Ukraynada hazırlaşdığını da söyləyib: “Mariya Kiyevdə Ukrayna yığması ilə birlikdə toplanış keçir. Çünki həmin komandada ona uyğun sparrinq rəqiblər var. Türkiyədə isə onun çəkisində elə də güclü güləşçi yoxdur ki, onunla xalça üzərində məşq etsin”.

Aslan Ağayev mundialda 8 çəkidə təmsil olunacaqlarını da bildirib. Qeyd edək ki, dünya çempionatı oktyabrın 20-dən 28-dək keçiriləcək.
Read 406 times
Tweet
More in this category: « Namiq Əliyev sərbəst güləşçilərin məşqini izləyib / FOTO Şaban Donat: "Son toplanışda əsasən taktiki-texniki hazırlıq üzərində işləyəcəyik" »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW