AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Saturday, 27 October 2018 13:48

DÇ-2018: Elvin Mürsəliyev 7-ci oldu / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(0 votes)
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.
Mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz oktyabrın 28-də təsəlliverici görüşə çıxacaq. Rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub. Hakimlərin mübahisəli qərarları nəticəsində təmsilçimiz məğlub olub və dünya çempionatını 7-ci yerdə bitirib.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

77 kq
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Viktor Nemets (SRB) 1:5
1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (RUS) 0:3
1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (USA) 6:2
1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (POL) 9:0

97 kq
1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (FRA) 0:4

130 kq
Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (UKR) 2:5

Görüşləri aşağıdakı linkdən izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/world-championships-33




Read 2837 times
Tweet

Comments   

 
0 #1 profile6198 2018-11-01 14:57
Need cheap hosting? Try webhosting1st, just $10 for an year.

http://www.clickvideoshop.com/images/photos/250/35/e01521e776d4e227293a233f.jpg
Quote
 
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW