AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Monday, 20 November 2017 10:56

Güləşçilərimiz U-23 Dünya çempionatında iştirak edəcək

  • Print
  • Email
Rate this item
(2 votes)
21-26 noyabr 2017-ci il tarixdə Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı keçiriləcək. İlk dəfə baş tutacaq çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq. 

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb.

Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında güləşçilərimizdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) da mübarizəyə qoşulacaqlar.  

Çempionatda hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Read 2962 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW