AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Səbirə Əliyeva: Qələbəmi ailəmə həsr edirəm / FOTO-VİDEO
Mariya Stadnik: Səkkiz sonsuzluğun simvoludur / FOTO-VİDEO
AÇ-2018: Mariya qızıl, Tatyana və Səbirə bürünc medal qazandı / FOTO
Şaban Donat: Hədəfimiz Tokio Olimpiadasında qızıl medal qazanmaqdır / FOTO-VİDEO
AÇ-2018: yunan-Roma yığmamız Avropa üçüncüsü oldu / FOTO-VİDEO
Rafiq Hüseynov: Qızıl medal üçün gəlmişdim, bürüncə çox sevinmədim... / FOTO-VİDEO
Rəsul Çunayev: Zədələrə baxmayaraq medalsız qalmadım... / FOTO-VİDEO
Murad Məmmədov: Finalda var-gücümlə mübarizə apardım / FOTO-VİDEO
AÇ-2018: Murad və Rəsul gümüş, Rafiq bürünc medal qazandı / FOTO
Sunday, 18 February 2018 16:23

Mariya Stadnik Klippan turnirində gümüş medal qazandı / FOTO-VİDEO

  • Print
  • Email
Rate this item
(2 votes)
İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Turnir qadın güləşçilərin reytinq xallarının hesablanacağı ilk yarışdır.

Komandamızın lideri Mariya Stadnik turnirdə iştirak edib. 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ardıcıl olaraq Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finala qədər üç rəqiblə görüşən Mariya Stadnik bütün görüşlərini vaxtından əvvəl və tam üstünlüklə başa vurub. Rəqiblərindən ümumilikdə 32 xal alan təmsilçimiz heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, Dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub. 

Gərgin keçən final qarşılaşmasında son saniyələrdə 2:1 hesabı ilə üstün olan Mariya Stadnik bu üstünlüyü qoruya bilməyib və qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından görüşün qalibi də o olub. Mariya Stadnik turnirin gümüş medalına yiyələnib.

50 kq
FINAL - Mariya Stadnik - Yui Susaki (JPN) 2:2*
1/2 final - Mariya Stadnik - Amy Ann Fearnside (USA) 10:0 (1 dəq. 59 san.)
1/4 final - Jessica Anne Marie Macdonald (CAN) - Mariya Stadnik 0:12 (4 dəq. 35 san.)
1/8 final - Emilia Alina Vuc (ROU) - Mariya Stadnik 0:10 (1 dəq. 42 san.)

Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.



Read 3277 times
Tweet
More in this category: « Təxti Kubokunda sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı / FOTO Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək / HEYƏT »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW