AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 28 November 2017 11:05

Yunan-Roma güləşçiləri birinci, sərbəstlər ikinci oldu / FOTO

  • Print
  • Email
Rate this item
(3 votes)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçirilib.  

Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edib.

Sərbəst güləş yarışlarında Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Belarus, Qırğızıstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Ermənistan komandaları ilə qarşılaşıb. Hər iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Ukrayna güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə daha bir İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 4:6 məğlub olub və turniri ikinci sırada tamamlayıb.

Yunan-Roma güləşi yarışlarında isə Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, İraq, Qazaxstan, Moldova, Gürcüstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Qazaxstan komandaları ilə qarşılaşıb. Hər iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Moldova güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə Ukrayna komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 qalib gəlib və turnirin baş mükafatına sahib olub.

Read 1226 times
Tweet

Related items

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW