AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
YDÇ-2018: Şahanə Nəzərova gümüş medala yiyələnib
YDÇ-2018: yeniyetmə qızlarımızın 2 bürünc medal şansı / YENİLƏNİR
Gənc güləşçilərimiz Çempionlar turnirində / CANLI YAYIM
YDÇ-2018: sərbəst güləşçimiz Sabir Cəfərov 5-ci olub
Gənc sərbəst güləşçilər "Çempionlar" turnirində yarışacaq
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Avropa çempionatından 1 qızıl, 1 gümüş və 4 bürünc medal / FOTO-VİDEO
Yeniyetmə güləşçilər Avropa çempionatında iştirak edəcək
23 yaşadək güləşçilərimiz Avropa çempionatında 7 medal qazanıb / FOTO-VİDEO
Monday, 05 February 2018 10:57

Nümayəndəliklər üzrə zona yarışlarında min nəfərdən artıq güləşçi iştirak edib

  • Print
  • Email
Rate this item
(2 votes)
20-21 fevral 2018-ci il tarixdə sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. 

Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilib. 

23 yanvarda Şamaxı Olimpiya İdman Kompleksində 3 saylı nümayəndəlik, 25-26 yanvarda Sabirabadda 4 saylı nümayəndəlik və 27-28 yanvarda 5 saylı nümayəndəlik üzrə seçim yarışları keçirilib.  28-30 yanvarda Hövsan Olimpiya İdman Kompleksində 1 saylı nümayəndəliyin, 31 yanvar-1 fevral tarixlərində isə Balakəndə 6 saylı nümayəndəliyin təsnifat yarışları keçirilib. Sumqayıtda 2 saylı və Gəncədə 7 saylı nümayəndəliyin seçim yarışları isə 2-3 fevralda baş tutub. 

Ümumilikdə, nümayəndəliklər üzrə Azərbaycan çempionatında iştiraka vəsiqə uğrunda keçirilən seçim yarışlarında 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.


Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. 

Birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir. 

11-12 fevral tarixlərində Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları fevralın 12-də başlayıb və 15 fevraladək davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19 fevralda isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 14-16 mart 2017-ci il tarixdə yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
Read 1330 times
Tweet
More in this category: « Azərbaycan çempionatının qalib və mükafatçıları ilə görüş keçirilib / FOTO Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək »

Comments   

 
0 #1 Collin 2018-02-19 09:06
It's a pity you don't have a donate button! I'd most certainly donatee to
this superb blog! I guess for now i'll settle for book-marking and adding your RSS feed tto my Google account.
I look forward to new updates and will talk about this blog with myy Facebook group.
Talk soon!

Look at my web-site: kendra lust jenna sativa: http://www.latinaporn.movie/search/petite-latina-porn/
Quote
 
Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW