AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.01.2018 10:46

Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
16-17 yanvar 2018-ci il tarixdə Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci açıq Respublika turniri keçiriləcək.

Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcək.  

Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq. 
 
İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom və medalla mükafatlandırılacaq.


Oxu 1418 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW