AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.09.2017 11:37

Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
29-30 sentyabr 2017-ci il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək. 

Turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq. 

Yarışlar hər gün saat 10:00-da başlayacaq.  Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir. 


Oxu 1173 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW