AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.06.2016 15:43

Əməkdar məşqçi Oktay Hüseynovun xatirəsinə Respublika turniri keçiriləcək

Materialı qiymətləndirin
(7 səs)
11 iyun 2016-cı il tarixdə Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. Yarışda iştirak üçün Gürcüstan, Türkiyə və Alaniya komandalarına dəvət göndərilib. 

Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləş üzrə idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək və vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oktay Hüseynovun xatirəsini yad etməkdir.

Yarışlarda 29, 32, 35, 38, 42, 47, 53, 58, 66 və 73 kq çəki dərəcələrində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr iştirak edə bilər.  

Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Respublika Olimpiya İdman Liseyi rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal, idman geyimi və pul mükafatı ilə təltif ediləcək.

Görüşlər iyunun 11-də saat 10:00-da başlayacaq, turnirin rəsmi açılış mərasimi isə saat 15:00-da keçiriləcək. Ardınca final görüşləri baş tutacaq.

 
Oxu 3169 dəfə
Tweet

Comments   

 
+2 #4 samir 2016-06-14 20:29
47 kilo finali verin baxaq
Quote
 
 
+1 #3 eli 2016-06-13 11:36
zehmet olmasa sekilleri versez baxaruq
Quote
 
 
+1 #2 eli 2016-06-13 11:34
salam zehmet olmasa neticeler ve sekilleri versez yaxsi olar
8)
Quote
 
 
+2 #1 rzaeff_ 2016-06-12 12:09
Salam xaış edırəm nətıcələrı və şəkıllərı verəsınız baxaq
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW