AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.05.2016 11:03

Yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışları keçirilir

Materialı qiymətləndirin
(5 səs)
Sərbəst və yunan-Roma güləşi üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. 

Birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir. 

Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları 7-10 aprel tarixlərində keçirilib. 6-7 may tarixlərində Sumqayıtda 2 saylı nümayəndəliyin, Sabirabadda isə 4 saylı nümayəndəliyin təsnifat yarışları keçiriləcək. 3 saylı nümayəndəliyin seçim yarışları mayın 7-də Qobustanda, 6 və 7 saylı nümayəndəliyin seçim yarışları 7-8 may tarixlərində müvafiq olaraq Yevlax və Şəmkirdə baş tutacaq. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 25-27 may 2016-cı il tarixdə yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

 
Oxu 3488 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW