AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.01.2016 11:33

İlin ilk yarışı Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
16 yanvar 2016-cı il tarixdə Hövsan Olimpiya İdman Kompleksində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 19-cu beynəlxalq turnir və qadın güləşi üzrə böyüklər arasında açıq Azərbaycan Kuboku yarışı keçiriləcək.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yeniyetmələrin yarışında 1999-2001-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Yeniyetmələrin yarışında Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya, qadınların yarışında isə Macarıstan və Qazaxıstandan olan güləşçilərin iştirakı gözlənilir. Qadın güləşçilər 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində yarışacaq. 

Görüşlər səhər saat 10:00-da, təntənəli açılış mərasimi isə saat 16:00-da başlayacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.


Oxu 3704 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW