AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.11.2015 10:15

Gəncədə əməkdar məşqçinin xatirəsinə Respublika turniri keçirilib

Materialı qiymətləndirin
(5 səs)
Gəncədə əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə böyüklər arasında 29-cu açıq Respublika turniri keçirilib. Hər il keçirilən turnir əməkdar məşqçi İsax Cəfərovun xatirəsini yad etmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.

AGF, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Gəncə Olimpiya Kompleksində baş tutub. Yarışda Azərbaycanın bütün regionlarından, həmçinin qonşu Gürcüstandan ümumilikdə 131 pəhləvan mübarizə aparıb.

İki gün davam edən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmməd Abdullayev (57 kq, Qax), Mircəlal Həsənzadə (61 kq, Abşeron, Neftçi İK), Fuad Məmmədov (65 kq, Gəncə, DİN İC), Omari Qurjidze (70 kq, Gürcüstan), Şöhrət Abakarov (74 kq, Zaqatala), Maki Şimaniya (86 kq, Gürcüstan), Murad Şəfizadə (97 kq, 6 saylı UGİM) və Etibar Yaqubov (125 kq, Şəmkir) yüksəlib.

Qaliblər diplom, medal və mükafatlarla təltif ediliblər.


Oxu 3001 dəfə
Tweet

Comments   

 
0 #3 Elnur 2015-11-19 23:06
Bir cavab verinde
Quote
 
 
0 #2 Elnur 2015-11-19 23:05
Bir cavab verinde :sad:
Quote
 
 
0 #1 Elnur 2015-11-19 20:46
Masallida Nadir Agayevin xatiresine yeniyetmeler arasinda yunan-roma gulesi uzre respublika turniri ne vaxt kecirilecek?
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW