AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.11.2015 15:37

"X.Cəfərov" GK "Gələcəyin Olimpiyaçıları" turnirində yunan-Roma güləşi yarışlarının qalibi oldu / FOTO

Materialı qiymətləndirin
(5 səs)
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışları başa çatıb.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparıb. "Pirallahı" GK, "Olimp" İK, Göyçay, "Şahin" İK və "Xosrov Cəfərov" GK komandaları A qrupunda, "Bakı" GK, Sumqayıt, "Cəngi" GK, "Hövsan" GK və "Həyat" GK komandaları isə B qrupunda yarışıb. 

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xosrov Cəfərov" və "Hövsan" Güləş Klublarının komandaları yarışların finalında qarşılaşıb. 7:3 hesablı qələbə qazanan "Xosrov Cəfərov" GK komandası turnirin qızıl medalını qazanıb. "Hövsan" GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə "Cəngi" GK komandası Göyçay təmsilçiləri üzərində qələbə qazanıb.  5-ci yer uğrunda görüşdə "Olimp" İK komandası Sumqayıt güləşçilərindən, 7-ci yer uğrunda görüşdə isə "Bakı" GK güləşçiləri "Pirallahı" GK komandasından üstün olub.  "Şahin" İK təmsilçilərini məğlub edən "Həyat" GK komandası turniri 9-cu yerdə tamamlayıb. 

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilib. 



Oxu 4033 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW