AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.11.2015 17:26

"Azəri" GK "Gələcəyin Olimpiyaçıları" turnirində sərbəst güləş yarışlarının qalibi oldu / FOTO

Materialı qiymətləndirin
(2 səs)
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışları start götürüb. 

İlk yarış günündə sərbəst güləş üzrə 8 klub mübarizə aparıb. "Həyat", "Xəzri", "Nardaran" və "Aran" Güləş Klubları A qrupunda, "Müşviqabad", "Azəri", "Xosrov Cəfərov" Güləş Klubları və Zenit İdman Cəmiyyətinin komandaları isə B qrupunda yarışıb. 

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xəzri" və "Azəri" Güləş Klublarının komandaları yarışların finalına vəsiqə qazanıb. Həlledici görüşdə hesab 5:5, xalların sayı 21:21 bərabər olub. Ancaq fərdi görüşlərdə qazanılan xallar sayəsində "Azəri" GK komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. "Xəzri" GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə Zenit İdman Cəmiyyətinin təmsilçiləri "Həyat" Güləş Klubu komandasını xal hesabı ilə 26:20 (5:5) üstələyib. "Müşviqabad" güləşçiləri "Aran" klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. "Nardaran" güləşçiləri isə "Xosrov Cəfərov" Güləş Klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.  

Turnirin ikinci günündə isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. 

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilir. 
Oxu 3462 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW