AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.10.2015 10:41

İlk Olimpiya mükafatçımızın xatirə turnirinə seçim yarışları başlayır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(11 səs)
2015-ci ilin təqvim planına əsasən, oktyabrın 26-28-də Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turniri keçiriləcək. Oktyabrın 3-dən 11-dək turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın keçirilməsi həm də 2016-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. 

6 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 3-4-də Şəkidə, 3 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda təşkil olunacaq. 1 saylı nümayəndəliyin seçim xarakterli Bakı çempionatında isə, oktyabrın 3-4-də sərbəst, 5-6-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Oktyabrın 9-10-da Salyanda 4 saylı nümayəndəliyin seçim yarışları keçiriləcək. 10-11 oktyabrda isə, 2 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, yarışlar müvafiq olaraq Sumqayıt və Şəmkirdə keçiriləcək.

Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirində iştirak hüququ əldə edəcəklər.


Oxu 3533 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW