Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyıb.
Komandalar iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.
Yarışdan əvvəl isə, hakimlər üçün seminar keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən hakimliyə yeni cəlb edilmiş şəxslərə güləş qaydalarındakı son yeniliklər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Aran İK və X.Cəfərov GK, finalda isə Azəri GK və Xəzri GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə komanda yarışlarının qalibi Xəzri Güləş Klubu olub. Azəri GK ikinci, Xosrov Cəfərov GK isə üçüncü yeri tutub.
Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Hövsan GK və Həyat GK, finalda isə Bakı GK və Cəngi GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə komanda yarışlarının qalibi Cəngi Güləş Klubu olub. Bakı GK ikinci, Hövsan GK isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.
Sərbəst güləş yarışları
A yarımqrupu | Nəticə | Yekun | ||||||
Nardaran GK - Həyat GK Aran İK - Azəri GK Nardaran GK - Aran İK Həyat GK - Azəri GK Nardaran GK - Azəri GK Həyat GK - Aran İK |
4-6 4-6 4-6 2-8 2-8 3-7 |
1. Azəri GK 2. Aran İK 3. Həyat GK 4. Nardaran GK |
Final Azəri GK - Xəzri GK 3-4-cü yer uğrunda Aran İK - X.Cəfərov GK |
5-5* (22-23) 2-8 |
1. Xəzri GK 2. Azəri GK 3. X.Cəfərov GK 4. Aran İK 5. Müşfiqabad GK 6. Həyat GK 7. Zenit İC 8. Nardaran GK |
|||
B yarımqrupu |
||||||||
X.Cəfərov GK - Xəzri GK Zenit İC - Müşfiqabad GK X.Cəfərov GK - Zenit İC Xəzri GK - Müşfiqabad GK X.Cəfərov GK - Müşfiqabad GK Xəzri GK - Zenit İC |
4-6 4-6 7-3 8-2 8-2 6-4 |
1. Xəzri GK 2. X.Cəfərov GK 3. Zenit İC 4. Müşfiqabad GK |
Yunan-Roma güləşi yarışları
A yarımqrupu | Nəticə | Yekun | ||||||
Məhsul İC - X.Cəfərov GK Bakı GK - Hövsan GK Məhsul İC - Bakı GK X.Cəfərov GK - Hövsan GK Məhsul İC - Hövsan GK X.Cəfərov GK - Bakı GK |
5-5* (23-26) 5-5* (20-24) 3-7 5*-5 (24-22) 3-6 2-8 |
1. Bakı GK 2. Hövsan GK 3. X.Cəfərov GK 4. Məhsul İC |
Final Bakı GK-Cəngi GK 3-4-cü yer uğrunda Hövsan GK - Həyat GK |
5-5* (22-23) 5*-5 (24-22) |
1. Cəngi GK 2. Bakı GK 3. Hövsan GK 4. Həyat GK 5. Olimp İK 6. X.Cəfərov GK 7. Məhsul İC 8. Pirallahı GK |
|||
B yarımqrupu |
||||||||
Həyat GK - Olimp İK Cəngi GK - Pirallahı GK Həyat GK - Cəngi GK Olimp İK - Pirallahı GK Həyat GK - Pirallahı GK Olimp İK - Cəngi GK |
6-4 8-2 3-7 7-3 7-3 4-6 |
1. Cəngi GK 2. Həyat GK 3. Olimp İK 4. Pirallahı GK |