AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.12.2014 09:10

1 saylı nümayəndəliyin güləşçiləri komandalararası yarışda qüvvəsini sınayır

Materialı qiymətləndirin
(6 səs)
8-9 dekabr 2014-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2001-2003-cü il təvəllüdlü) arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçiriləcək. 

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır. 

Komanda xarakteri daşıyan yarışlar Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçiriləcək. 

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xəzri” və "Olimp" güləş klubları ilə yanaşı, əlavə komandaların da iştirakı nəzərdə tutulur. 

Proqrama əsasən, dekabrın 8-də sərbəst, dekabrın 9-da isə yunan-Roma güləşi yarışları keçiriləcək. 

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla mükafatlandırılacaq.

 
Oxu 3060 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW