AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.11.2014 12:32

Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə Respublika turniri keçiriləcək

Materialı qiymətləndirin
(4 səs)
7-8 noyabr 2014-cü il tarixdə Masallı rayon Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Artıq ənənəvi hal almış və XX dəfə keçiriləcək turnirdə 1998-1999-cu il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri  42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində mübarizə aparacaq. 2000-ci il təvəllüdlü idmançılar həkim arayışı ilə yarışlarda iştirak edə biləcək.

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş şəxsiyyətlərin xatirələrini yad etmək, yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Turnir DGB-nin mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.


Oxu 3877 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW