AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.10.2014 20:24

"Gələcəyin Olimpiyaçıları" açıq Respublika turnirində ilk gün / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(12 səs)
Hövsan Olimpiya İdman Kompleksində "Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri start götürüb. Əvvəlcə yarışların açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Baş katib ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışlardan söz açaraq, Azərbaycan idmanının ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Açılış mərasimi başa çatdıqdan sonra sərbəst güləş yarışlarında final görüşləri keçirilib.

AGF Baş katibi Əjdər Cəfərov yarışla bağlı fikirlərini media nümayəndələri ilə də bölüşüb: “Bu turnirdə mübarizə aparan güləşçilər arasında ən yaxşılar gələcəkdə milli komandamızın şərəfini qoruyacaqlar. Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə hazırlanan yeniyetmə və gənc güləşçilərin inkişafı proqramına əsasən, artıq kiçik yaşlı idmançılar da yığmaya cəlb olunacaqlar, təlim-məşq toplanışları keçəcəklər. Ümid edirəm, hətta inanıram ki, burada yüksək nəticə qazanan güləşçilər 2018-ci ildə keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər. Eyni zamanda bu uşaqların gələcəkdə böyüklər arasında da Avropa və Dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında sözlərini deyəcəklərinə şübhə yoxdur. Hazırda federasiyamızın apardığı məqsədyönlü siyasət nəticəsində istəyimizə nail olacağımıza inanıram".

Qeyd edək ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparırlar. Azərbaycan pəhləvanları ilə yanaşı, yarışda İran və Rusiya güləşçiləri də iştirak edirlər. Turnirin ilk günündə sərbəst güləş üzrə 136 pəhləvan mübarizə aparıb. Qalib və mükafatçılar diplom, medal və pul mükafatı ilə təltif olunub.


32 kq
1. Mahdi Yeisi - İran
2. Kənan Kərimov - Gəncə
3. Elmir Cəlilov - Azəri GK
3. Süleyman Mirzəyev - Cəlilabad
    35 kq
1. Elgün Səmədov - Xəzri GK
2. Tofiq Əliyev - Gəncə
3. Şəfi Balammədov - Xəzri GK
3. Tural Əsgərov - Cəlilabad
38 kq
1. Mehdi Eşqivasovkozai - İran
2. Telman Əliyev - Gəncə
3. Sadiq Əliyev - Cəlilabad
3. Mahir Məmmədzadə - Lənkəran
    42 kq
1. Hamlet Nuriyev - Cəlilabad
2. Əsgər  Məmmədov - Qazax
3. Vüsal Hüseynov - Şabran
3. Ramiz Həsənov - Gəncə
47 kq
1. Seymur Cəbrayılov - Abşeron
2. Çingiz Eyvazov - 16 saylı UGİM
3. Əmrah Mehdiyev - Salyan
3. Turan Bayramov - Şəmkir
    53 kq
1. Kərimi Məhəmməd - İran
2. Röyal Məmmədov - Xəzri GK
3. İslam İlyasov - Şamaxı
3. Rakif Eminov - Şağan
59 kq
1. Vahid Əlizadə - Bakı, Təhsil İC
2. Hüseyn Əmir - Şağan
3. Rafiq Hüseynəliyev - Xosrov Cəfərov GK
3. Rüfət Rəsulov - Azəri GK
    66 kq
1. Alı Salmani - İran
2. Bəhram Rüstəmov - Cəlilabad
3. Fuad Mayılov - Azəri GK
3. Abdulxaliq Quluzadə - Bakı, Təhsil İC
73 kq
1. Abdulmüslüm Məmmədov - Bakı, Təhsil İC
2. Emin Yusifov - Cəlilabad
3. Cəfərsadiq Muradlı - Cəlilabad
3. Zaman Qasemnezar - İran
    85 kq
1. Mehdi Haşimi - İran
2. Ramil Ağayev - Xəzri GK
3. İsa Əmirxan - Şəmkir
3. Əvəz Mirzəyev - Şəmkir




Oxu 5584 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW