AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.10.2014 15:39

İran və Rusiya güləşçiləri “Gələcəyin Olimpiyaçıları” açıq Respublika turnirində

Materialı qiymətləndirin
(7 səs)
Oktyabrın 2-dən Bakıda "Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri start götürəcək. Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışda sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparacaq.

Azərbaycan pəhləvanları ilə yanaşı, yarışda İran və Rusiya güləşçiləri də iştirak edəcək. Turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin qonşu ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir.

Turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılacaq. 

Proqrama əsasən, oktyabrın 2-də sərbəst güləşçilər, 3-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.




Oxu 4027 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW