AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.08.2014 10:34

1 saylı nümayəndəliyin güləşçiləri üçün daha bir təsnifat yarışı

Materialı qiymətləndirin
(4 səs)
14-15 avqust 2014-cü il tarixdə AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları keçiriləcək. Yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək və ehtiyat qüvvələri aşkarlamaq və perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.

FİLA-nın qaydalarına əsasən keçiriləcək yarışda 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcək. 2002-ci il təvəllüdlü idmançılar isə həkim və valideynin icazəsi ilə yarışa qatıla biləcək. Şəxsi xarakter daşıyan yarışda 29, 32, 35, 38, 42, 47, 53, 59, 66  və 73 kq çəkilərdə güləşçilər mübarizə aparacaq. Hər bir klubdan eyni çəki dərəcəsində maksimum 2 idmançı iştirak edə bilər.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçiriləcək yarışda, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.


Oxu 3757 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW