AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.02.2014 14:41

Həyat GK yunan-Roma güləşi yarışlarının qalibi oldu

Materialı qiymətləndirin
(2 səs)
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” Kuboku yarışları başa çatıb.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Bu gün yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Yarışda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.

A yarımqrupu              Nəticə                        Yekun
Həyat GK - Bakı GK
Həyat GK - Hövsan GK
Bakı GK - Hövsan GK
8-1
6-3
1-7
  1. Həyat GK
2. Hövsan GK
3. Bakı GK
  Final
Həyat GK-Cəngi GK

3-4-cü yer uğrunda
Hövsan GK - X.Cəfərov GK

5-6-cı yer uğrunda
Bakı GK - Pirallahı GK

5*-5 (22-20)


3-6


6-4
  1. Həyat GK
2. Cəngi GK
3. X.Cəfərov GK
4. Hövsan GK
5. Bakı GK
6. Pirallahı GK

B yarımqrupu
         
Pirallahı GK - Cəngi GK
Pirallahı GK - X.Cəfərov GK
Cəngi GK - X.Cəfərov GK
3-7
2-8
6-4
  1. Cəngi GK
2. X.Cəfərov GK
3. Pirallahı GK
   
Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 5-6-cı yer uğrunda Bakı GK və Pirallahı GK, 3-4-cü yer uğrunda X.Cəfərov GK və Hövsan GK, finalda isə Həyat GK və Cəngi GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə “Gənc Olimpiyaçılar” Kuboku yarışlarının qalibi Həyat Güləş Klubu olub. Cəngi GK ikinci, Xosrov Cəfərov GK isə üçüncü yeri tutub.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.


Oxu 4169 dəfə
Tweet
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW