Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Proqrama əsasən, fevralın 24-də sərbəst güləş yarışları keçirilib. Yarışda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.
A yarımqrupu | Nəticə | Yekun | ||||||
Müşviqabad GK - Həyat GK Müşviqabad GK - X.Cəfərov GK Həyat GK - X.Cəfərov GK |
5-4 6-4 2-6 |
1. Müşviqabad GK 2. X.Cəfərov GK 3. Həyat GK |
Final Müşviqabad GK - Azəri GK 3-4-cü yer uğrunda X.Cəfərov GK - Xəzri GK 5-6-cı yer uğrunda Həyat GK - Nardaran GK |
0-10 2-8 3-6 |
1. Azəri GK 2. Müşviqabad GK 3. Xəzri GK 4. X.Cəfərov GK 5. Nardaran GK 6. Həyat GK |
|||
B yarımqrupu | ||||||||
Nardaran GK - Azəri GK Nardaran GK - Xəzri GK Azəri GK - Xəzri GK |
0-10 1-9 7-3 |
1. Azəri GK 2. Xəzri GK 3. Nardaran GK |
Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.