AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.12.2013 17:20

Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə Respublika turniri keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(14 səs)
7-9 dekabr 2013-cü il tarixdə Masallı rayon Olimpiya İdman Kompleksində əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş 1997-1998-ci il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri arasında XIX ənənəvi Respublika turniri keçiriləcək. Yeniyetmə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Turnir FİLA-nın mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər təşkilatçılar tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar.
Oxu 4417 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW