AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.09.2013 16:26

Yeniyetmə və gənclərin Bakı çempionatı başa çatıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(12 səs)
Sentyabrın 20-25-dən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib.

Yarışda AGF-nin 1 saylı nümayəndəlində fəaliyyət göstərən klublar, Bakı və ətraf rayonlarda fəaliyyət göstərən idman cəmiyyətlərindən 600-ə yaxın güləşçi iştirak edib.

Sərbəst güləş üzrə 201 yeniyetmənin mübarizə apardığı yarışda İlkin Məmmədov (42 kq, Azəri İK), Sabutay Əmişov (46 kq, ROİL), Orxan Abbasov (50 kq, Azəri İK), Əfqan Xaşalov (54 kq, Zenit İC), Zəlimxan Vəliyev (58 kq, Zenit İC), Rəşad Şamilov (63 kq, Neftçi İSM), Xalid Əlizadə (69 kq, Zenit İC), Ələddin Axundov (76 kq, Xəzri İK), Murad Xalıqov (85 kq, Xosrov Cəfərov GK) və İqbal Hacızadə (100 kq, Neftçi İSM) hamıdan güclü olub.

Yunan-Roma güləşi üzrə yeniyetmələrin yarışında 229 pəhləvan qüvvəsini sınayıb. Zaur Nuriyev (42 kq, Məhsul İC), Seymur Hüseynov (46 kq, Cəngir GK), Elgün Hüseynzadə (50 kq, Cəngi GK), Kənan Vəliyev (54 kq, Cəngi GK), Namiq İsmayılzadə (58 kq, Cəngi GK), İbarət Məmmədli (63 kq, DİN İC), Ülvi Qənizadə (69 kq, Neftçi İSM), Rəşad Mustafayev (76 kq, Neftçi İSM), Şamil Çunayev (85 kq, DİN İC) və Cavid Feyziyev (100 kq, Pəhləvan İK) bütün rəqiblərindən üstün olub.

Sərbəst güləş üzrə gənclərin Azərbaycan çempionatında Tofiq Sadıqlı (50 kq, DİN İC), Coşqun Məmmədov (55 kq, ROİL), Ağabəy Ramazanzadə (60 kq, MOİK), Elvin Xıdırov (66 kq, BÖTL), Elçin Məmmədov (74 kq, Neftçi İSM), Elmar İsmayılov (84 kq, Gömrükçü İC) və Zaur Məmmədli (96 kq, Gömrükçü İC) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Yunan-Roma güləşi üzrə gənc pəhləvanların yarışında isə, Qurban Məmmədov (50 kq, Neftçi İSM), Elçin Məmmədov (55 kq, Spartak İC), Murad Bazarov (60 kq, Neftçi İSM), Ruhin Mikayılov (66 kq, Neftçi İSM), Şəmistan Quluzadə (74 kq, Təhsil İC), Eltun Vəzirzadə (84 kq, Spartak İC), Türmən Eyyubov (96 kq, ROİL) və Əli Həsənov (120 kq, Xosrov Cəfərov GK) Bakı çempionu olub.

Oxu 5695 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW