AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.09.2013 14:25

Seçim xarakterli zona yarışlarına start verilir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(13 səs)
2013-cü ilin təqvim planına əsasən, oktyabrın 11-13-də Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirə turniri keçiriləcək. Sentyabrın 15-dən etibarən turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın keçirilməsi həm də 2014-cü ildə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

1997-98-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən keçiriləcək və zonalar üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Rəşid Məmmədbəyovun xatirə turnirinində iştirak hüququ əldə edəcəklər.

Sentyabrın 14-də Şamaxı, 15-16-da Yevlax, 17-18-də Sumqayıtda, 21-22 sentyabrda Gəncə, 23-24 sentyabrda Lənkəranda seçim xarakterli yarışlar keçiriləcək.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq. Reqlamentə əsasən, sentyabrın 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Oxu 3988 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW