AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.11.2012 15:00

Sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Noyabrın 12-13-də Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçiriləcək.

Yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, güləşin kütləviliyinə nail olmaq, Bakı şəhərindəki ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri sərbəst və yunan-Roma güləşi ilə müntəzəm məşğul olmağa cəlb etmək və idmançıların ustalıq səviyyəsini artırmaqdır. Çempionatda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilər.

2 gün davam edəcək Bakı çempionatında ilk gün sərbəst, ikinci gün yunan-Roma güləşi üzrə 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Yarışlar hər gün saat 10.00-da başlayacaq. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən yarışda 1-6-cı yerləri tutmuş idmançılar dekabrda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaq.
Oxu 3912 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW