AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.10.2012 20:50

Yeniyetmə güləşçilərin Respublika turnirində ilk gün

Materialı qiymətləndirin
(0 səs)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başlayıb.

Əvvəlcə yarışların təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edərək yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar. Natiqlər bildirib ki, güləşçilər ölkəmizdə ildən-ilə genişlənən idman hərəkatına öz qələbələri və nailiyyətləri ilə töhfə verməkdə davam edirlər. Beynəlxalq arenalarda əldə olunan nailiyyətləri ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirən natiqlər, yeniyetmə və gənc nəslin qazanılan uğurları yüksək əzmkarlıqla davam etdirəcəyinə əminliklərini ifadə ediblər.

İlk yarış günündə Azərbaycanın bütün bölgələrindən yunan-Roma güləşi üzrə 117 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar sırasına düşən idmançılar aşağıdakılardır:

42 kq
1. rvin Abdullayev - 1 saylı nümayәndәlik, Cәngi GK
2. Mәmmәli Hәnov - 1 saylı nümayәndәlik, 16 UGİM
3. Seymur Hüseynov - 1 saylı nümayәndәlik, Cәngi GK
3. Ramil Heydәrov - 5 saylı nümayәndәlik, Kürdәmir

46 kq
1. Mirabbas Tağıyev - 1 saylı nümayәndәlik, Mәhsul İC
2. Elsevər Әliyev - 1 saylı nümayәndәlik, ROİL
3. Elgün Hüseynzadә - 7 saylı nümayәndәlik, Goranboy
3. Kәnan Vәliyev - 1 saylı nümayəndəlik, Cәngi GK

50 kq
1. Mikayıl Rәhmanov - 1 saylı nümayәndәlik, Xәr-Lәnkәran
2. İsrafil Yaqubzadә - 1 saylı nümayәndәlik, Tәhsil İC
3. Röyal Әlizadә - 1 saylı nümayәndәlik, ROİL
3. Elçin Mәmmәdov - 1 saylı nümayәndәlik, Xәzәr GK

54 kq
1. Murad Allahverdiyev - 1 saylı nümayәndәlik, DİN İC
2. Hüseyn Mansurov - 1 saylı nümayәndәlik, Neftçi İSM
3. Pәrviz Hәsәnov - 4 saylı nümayәndәlik, Masallı
3. Elşad Mәmmәdov - 5 saylı nümayәndәlik, Kürdəmir

58 kq
1. Azәr Hüseynov - 2 saylı nümayәndәlik, Zәngilan
2. Şamo Süleymanlı - 2 saylı nümayәndәlik, Sumqayıt, Zenit
3. Rәhman Әsgәrov - 1 saylı nümayәndәlik, Pәhlәvan GK
3. Cavid Әsgәrov - 4 saylı nümayәndәlik, Masallı

63 kq
1. Sәnan Әlimirzәyev - 1 saylı nümayәndәlik, Xәr GK
2. İsmayıl Şahbazov - 1 saylı nümayәndәlik, Pәhlәvan GK
3. Anar Vahabzadə - 1 saylı nümayәndәlik, Qaradağ
3. Zubair Dubirov - 1 saylı nümayәndәlik, Neftçi İSM

69 kq
1. Nicat Abdullazadə - 4 saylı nümayәndәlik, Beylәqan
2. Mehrac Kәrimov - 1 saylı nümayәndәlik, Neftçi İSM
3. Orxan Hümbәtov - 1 saylı nümayәndәlik, Cәngi GK
3. Seymur Abdullayev - 1 saylı nümayәndәlik, ROİL

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.
Oxu 4415 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW