AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.10.2012 15:39

Yeniyetmə və gənclərin Respublika seçim turnirlərinin final mərhələsi başlayır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
21-23 oktyabr 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 24-25-də isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.

Yarışların proqramına əsasən, oktyabrın 20-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində saat 15.30-da güləşçilərin çəki prosesi həyata keçiriləcək.  Turnirin rəsmi açılış mərasimi oktyabrın 21-də, saat 17.00-da gerçəkləşəcək.

Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək.  İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Proqram

21 oktyabr

42, 46, 50, 54, 58, 63 və 69 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

22 oktyabr

76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr
42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr

23 oktyabr

76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr
38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq yeniyetmə qızlar

24 oktyabr

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

25 oktyabr

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

rmammadbayov poster 2012

huner meydani poster 2012

Oxu 4181 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW