AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.10.2012 12:41

Seçim xarakterli zona yarışlarına start verilib

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
2012-ci ilin təqvim planına əsasən, oktyabrın 20-23-də Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə keçiriləcək sərbəst və yunan-roma güləşi üzrə respublika turnirinin final mərhələsinə seçim məqsədilə zona yarışlarına start verilib.

1996-97-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışlar AGF-in 1, 4, 6 və 7 saylı nümayəndəlikləri tərəfindən keçirilir. Zonalar üzrə iştirakçıların sayını nəzərə alaraq 4, 6 və 7 saylı nümayəndəliklərdə hər çəki dərəcəsində yalnız finalçılar, 1 saylı nümayəndəlikdə isə sərbəst növdə 1-3, yunan-roma növündə 1-5-ci yerləri tutanlar Rəşid Məmmədbəyovun xatirə turnirində iştirak hüququ əldə edəcəklər.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunub. Reqlamentə əsasən, oktyabrın 4-5-də sərbəst, 6-7-də isə yunan-roma növündə qaliblər müəyyənləşəcək. Yarışlar hər gün səhər saat 10:00-da başlayır.
Oxu 4156 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW