AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.11.2011 13:22

Gənclər arasında Hünər meydanı Respublika turniri keçiriləcək

Materialı qiymətləndirin
(0 səs)
17-18 noyabr 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək. Turnirin nəticələrinə əsasən gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandaların heyəti müəyyənləşəcək.

Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Yarışların proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 17-də, saat 17.00-da gerçəkləşəcək.

Oxu 3997 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW