AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.10.2011 10:41

Rəşid Məmmədbəyov turnirində ilk gün 7 çəkidə qaliblər müəyyənləşdi / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi başlayıb. İlk olaraq turnirin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən AGF-nin vitse-prezidenti Elçin Cəfərov federasiya rəhbərliyi adından bütün yarış iştirakçılarını salamlayıb və güclü olanın qalib gəlməsini arzulayıb.

Daha sonra ilk gün mübarizəyə qoşulan idmançıların final mübarizəsi başlayıb. Qeyd edək ki, yarışın ilk günündə 42, 46, 50, 54, 58, 63 və 69 kq çəki dərəcəsində sərbəst güləş üzrə 124 pəhləvan mübarizə aparıb. Nəticə aşağıdakı kimidir:

42 kq
1. Nihad Bağırzadə - 7 saylı nümayəndəlik, Gəncə, Atasport
2. Rəhim Nüsrətov – 4 saylı nümayəndəlik, Cəlilabad
3. Mahir Əmiraslanov – 1 saylı nümayəndəlik, ROİL, Netfçi İSM
3. Fərid Həmidov – 3 saylı nümayəndəlik, Şamaxı

46 kq
1. Vurğun Əliyev – 1 saylı nümayəndəlik, DİN İC
2. Əfqan Xaşalov – 7 saylı nümayəndəlik, Qazax
3. Bəhrəm Mürşüdov – 3 saylı nümayəndəlik, Şamaxı
3. Məhəmməd Abdullayev – 6 saylı nümayəndəlik, Qax, Təhsil İC

50 kq
1. Ruslan Surxayev – 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
2. Ruslan Abdullayev – 7 saylı nümayəndəlik, Gəncə, Təhsil İC
3. Ruslan Qasımov – 7 saylı nümayəndəlik, Gəncə, Zenit İC
3. Zəlimxan Vəliyev – 2 saylı nümayəndəlik, Xızı

54 kq
1. Cahid Həsənzadə - 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM
2. Elvin Qasımov – 3 saylı nümayəndəlik, Şamaxı
3. Mirzəağa Ağayev – 1 saylı nümayəndəlik, DİN İC
3. Məhəmməd Həsənzadə - 1 saylı nümayəndəlik, X.Cəfərov adına GK

58 kq
1. Anvarbek Dalqatov – Rusiya
2. Elşən Alxanov – 2 saylı nümayəndəlik, Sumqayıt
3. Vasif Əliyev – 7 saylı nümayəndəlik, Gəncə, DİN İC
3. Kamran Kərimov – 3 saylı nümayəndəlik, Şamaxı

63 kq
1. Nəbi Hüseynov – 7 saylı nümayəndəlik, Gəncə, DİN İC
2. Məhərrəm Kərimov – 1 saylı nümayəndəlik, ROİL, Neftçi İSM
3. Elçin Məmmədov – 4 saylı nümayəndəlik, Şirvan
3. Abdulla Maqomedaliyev – Rusiya

69 kq
1. Oqtay Cəmşidli – 4 saylı nümayəndəlik, İmişli
2. Alim Qurbanov – 6 saylı nümayəndəlik, Bərdə
3. Sürət Dəmirov – 1 saylı nümayəndəlik, 16 saylı UGİM
3. Şamil Sadullayev – 1 saylı nümayəndəlik, Atasport

Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunurlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanırlar.


Yarışın ikinci günündə mübarizəyə 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst, 42, 46, 50, 54, 58, 63 və 69 kq çəkidə yunan-Roma güləşçiləri qoşulacaq. Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin Belarus, Ukrayna, Rusiya Federasiyasının Alaniya, Kabardin-Balkar və Dağıstandan olan pəhləvanlar da iştirak edir.

 

Oxu 5087 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW