Fevralın 16-19-da Hövsan Olimpiya İdman Kompleksində 1994-1995-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
4 gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85,100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.