AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
09.12.2010 14:18

Böyüklər Gəncədə, yeniyetmələr Masallıda qüvvələrini sınayacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
10-11 dekabr 2010-cu il tarixdə Masallıda əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Respublika turniri keçiriləcək. Hər il keçirilən turnir əməkdar məşqçi Nadir Ağayevin xatirəsini yad etmək və yeni idmançıları üzə çıxarmaq məqsədi daşıyır.

Turnirdə 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edəcək. Azərbaycan Güləş Federasiyası, Federasiyanın 4 saylı nümayəndəliyi və Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman Kompleksində baş tutacaq. Qaliblər diplom, medal və mükafatlarla təltif ediləcək.

13 dekabr 2010-cu il tarixdə Gəncədə əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə böyüklər arasında Respublika turniri keçiriləcək. Hər il keçirilən turnir əməkdar məşqçi İsax Cəfərovun xatirəsini yad etmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.

Azərbaycan Güləş Federasiyası, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman Kompleksində baş tutacaq. Qaliblər diplom, medal və mükafatlarla təltif ediləcək. Məşqçilər korpusundan verilən məlumata görə, bu turnirdə əsasən «ikinci nömrələr» sınaqdan keçiriləcək.
Oxu 4147 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW