AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.11.2010 09:10

Yeniyetmələrin Respublika turnirində sərbəst güləş yarışları başa çatdı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
“Sərhədçi” Olimpiya İdman Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri davam edir.
Respublika turnirinin ikinci günü 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində 135 güləşçi mübarizə aparıb. Bununla da yeniyetmələrin Respublika turnirində sərbəst güləş yarışları başa çatıb. İkinci günün qalib və mükafatçıları aşağıdakı kimidir:

46 kq
1. Ruslan Surxayev – 2 saylı nümayəndəlik, Abşeron
2. Elçin Vəliyev – 7 saylı nümayəndəlik, Gəncə, DİN İC
3. Məsim Qədirli – 3 saylı nümayəndəlik, Şamaxı
3. Ruslan Qasımov – 7 saylı nümayəndəlik, Gəncə, Zenit

54 kq
1. Əli Nəsrullayev – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK
2. Elşən Alxanov – 2 saylı nümayəndəlik, Sumqayıt
3. Cavid Əlizadə - 2 saylı nümayəndəlik, Abşeron
3. Nazir Məlikov – 2 saylı nümayəndəlik, Siyəzən

63 kq
1. Hacımurad Ömərov – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK
2. Seymur İsayev – 7 saylı nümayəndəlik, Ağstafa
3. Hacıməhəmməd Hacıyev – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK
3. Qahir Şikarov – 1 saylı nümayəndəlik, Bakı, ROİL

76 kq
1. Orxan Şərifov – 2 saylı nümayəndəlik, Abşeron
2. Məhəmməd Nəsibov – 7 saylı nümayəndəlik, Qazax
3. Sadiq Ağamalıyev – 4 saylı nümayəndəlik, Cəlilabad, Gömrükçü
3. Maqomed Abdulxaliqov – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK

100 kq
1. Aslan Albarov – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK
2. Toğrul Cavadlı – 4 saylı nümayəndəlik, Cəlilabad, Gömrükçü
3. Beyrək Şükürlü – 6 saylı nümayəndəlik, Bərdə
3. İqbal Hacıyev – 1 saylı nümayəndəlik, Bakı, ROİL

Başa çatmış sərbəst güləş yarışlarında komanda hesabında Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyi qalib olmuşdur. İkinci yerə 7 saylı nümayəndəlik, üçüncü yerə isə 2 saylı nümayəndəlik layiq görülmüşdür.
Noyabrın 8-də Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turnirində yeniyetmə və gənc qızlar mübarizəyə qoşulur. Qeyd edək ki, yeniyetmə və gənc qızların yarışı açıq xarakter daşıyır və həmyerlilərimizlə yanaşı, Ukrayna və Belarusiyadan olan güləşçilər də qurşaq tutacaq.

Oxu 3337 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW