AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.11.2010 21:20

Yeniyetmələrin Respublika turnirində ilk günün qalibləri

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Noyabrın 5-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə respublika turnirinin açılış mərasimi olmuşdur.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev bildirmişlər ki, Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bunun əyani sübutudur ki, bu il Sinqapurda keçirilən yeniyetmələr arasında Birinci Yay Olimpiya Oyunlarında ümumilikdə 8 medal qazanan idmançılarımızdan 5-i məhz güləşçilərin payına düşmüşdür.
Natiqlər bildirmişlər ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Milli Olimpiya Komitəsinin Prezidenti, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycanda 20-dən artıq Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu da paytaxtda və regionlarda gənclərin asudə vaxtlarının səmərəli keçirməsinə xidmət edir.
Respublika turnirinin ilk günü sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində 126 güləşçi mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakı kimidir:

42 kq
1. Vurğun Əliyev – 1 saylı nümayəndəlik, “Təhsil” İC (şəxsi məşqçi Elşad Allahverdiyev)
2. Sadıq Sadıqov – 1 saylı nümayəndəlik, ROİL (şəxsi məşqçi Əsgərxan Novruzov)
3. İlkin Məmmədov – 7 saylı nümayəndəlik, Gəncə, DİN İC (şəxsi məşqçi Əliyev E.)
3. Ramal Dadaşzadə - 4 saylı nümayəndəlik, Lənkəran, Gömrükçü İC (şəxsi məşqçi Baba Rzayev)

50 kq
1. Sultan Nəsrullayev – 1 saylı nümayəndəlik, “Həyat” GK (şəxsi məşqçi Siracəddin Eldarov)
2. Məmmədhüseyn Həsənov – 1 saylı nümayəndəlik, 16 saylı UGİM (şəxsi məşqçi Əsgərxan Novruzov)
3. Elvin Qasımov – 3 saylı nümayəndəlik, Şamaxı (şəxsi məşqçi Məmmədyarov Q.)
3. Mircəlal Həsənzadə - 2 saylı nümayəndəlik, Abşeron (şəxsi məşqçi Mənsimov M.)

58 kq
1. Coşqun Əzimov – 4 saylı nümayəndəlik, İmişli (şəxsi məşqçi Qalib Şükürov)
2. Tural Əhmədov – 2 saylı nümayəndəlik, Sumqayıt (şəxsi məşqçi Firdovsi Ömərov)
3. Məhəmməd Məmmədov – 7 saylı nümayəndəlik, Gəncə, “Təhsil” İC (şəxsi məşqçi Əhmədov B.)
3. Nurlan Ağayev – 1 saylı nümayəndəlik, ROİL (şəxsi məşqçi Hüseynov O.)

69 kq
1. Elmar İsmayılov – 4 saylı nümayəndəlik, Cəlilabad, Gömrükçü İC (şəxsi məşqçi İlham Məmmədov)
2. Kənan Əliyev – 7 saylı nümayəndəlik, Qazax (şəxsi məşqçi Əfqan Süleymanov)
3. Sənan Qurbanov – 7 saylı nümayəndəlik, Gəncə, “Zenit” İC (şəxsi məşqçi Əliyev S.)
3. İlkin Abbasov – 1 saylı nümayəndəlik, “Təhsil” İC (şəxsi məşqçi Nəsibov N.)

85 kq
1. Maqomedsultan Zakavov – 1 saylı nümayəndəlik, “Həyat” GK (şəxsi məşqçi Siracəddin Eldarov)
2. Bahadur Əlihəsənov – 7 saylı nümayəndəlik, Şəmkir (şəxsi məşqçi Abdullayev İ.)
3. Aqşin Məmmədov – 1 saylı nümayəndəlik, ROİL (şəxsi məşqçi Hüseynov O.)
3. Fərid Cəlalov – 1 saylı nümayəndəlik, “Zenit” İC (şəxsi məşqçi Allahverdiyev R.)

Qeyd edək ki, turnirdə ilk üç yeri tutan idmançılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanır.
Noyabrın 6-da 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

 

Oxu 3320 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW