AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.10.2010 13:43

Yeniyetmə və gənclərdən ibarət yığmaların heyəti yenilənəcək

Materialı qiymətləndirin
(0 səs)

05-10 noyabr 2010-cu il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Turnirdə yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (1994-1995-ci il təvəllüdlü), həmçinin qadın güləşi üzrə yeniyetmələr (1994-1995-ci il təvəllüdlü) və gənclər (1991-1993-cü il təvəllüdlü) mübarizə aparacaq. Xatırladaq ki, yeniyetmə və gənc qızlar bu turnirdə ilk dəfə iştirak edəcəklər.

Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində AGF-nin regional nümayəndəliklərində keçirilən təsnifat yarışlarında qalib və mükafatçılar sırasına düşmüş idmançılar iştirak edə biləcək. Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar.

Respublika turnirinin proqramına əsasən, 05-06 noyabrda sərbəst güləşçilər, 08 noyabrda ilk dəfə iştirak edəcək yeniyetmə və gənc qızlar öz aralarında ən güclüləri müəyyən edəcək. Noyabrın 09-10-da isə yunan-Roma mübarizəyə güləşçiləri qoşulacaq.

Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinin nəticələrinə əsasən hər güləş növü üzrə yığma komandaların heyəti (40 nəfər) müəyyənləşəcək və bu heyət 2011-ci ilin yanvar ayında şəhid idmançı Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

Noyabrın 11-13-də isə, gənclərdən ibarət yunan-Roma və sərbəst güləş yığma komandalarının heyətini müəyyənləşdirəcək “Hünər meydanı” Respublika turniri keçiriləcək. Turnirdə 1991-1993-cü il təvəllüdlü idmançılar iştirak edəcək. Respublika turnirinin proqramına əsasən, noyabrın 11-12-də yunan-Roma güləşçiləri, 12-13-də isə sərbəst güləşçilər mübarizə aparacaq. Qalib və mükafatçılar gənclərdən ibarət yığma komandanın heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Oxu 3978 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW