AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.09.2010 11:03

Yeniyetmələrin təsnifat yarışları: 2 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda AGF-nin 2 saylı nümayəndəliyidə təsnifat yarışları başa çatıb.

Masazır İdman Kompleksində keçirilən yarışlarda sərbəst güləş üzrə 83, yunan-Roma güləşi üzrə 80 pəhləvan iştirak edib.

Sərbəst güləş yarışlarında Arif Hüseynov (42 kq, Abşeron), Ruslan Surxayev (46 kq, Abşeron), Cahid Həsənzadə (50 kq, Abşeron), Vaqif Qasımov (54 kq, Abşeron), Xəlil İbrahimov (58 kq, Sumqayıt), Haldun Əskərov (63 kq, Abşeron), Kənan Quliyev (69 kq, Siyəzən), Orxan Şərifov (76 kq, Abşeron), Elnur Məmmədov (85 kq, Abşeron), Anar Əliyev (100 kq, Sumqayıt) bütün rəqiblərindən üstün olub.

Yunan-Roma güləşi yarışlarında Orxan Rüstəmov (42 kq, Sumqayıt), Etibar Xəlilov (46 kq, Sumqayıt), Murad Məmmədov (50 kq, Sumqayıt), Elməddin Allahverdiyev (54 kq, Sumqayıt), Hüseyn Abbasov (58 kq, Sumqayıt), Vahid Quliyev (63 kq, Sumqayıt), Nicat Vəliyev (69 kq, Sumqayıt), Yusif Quliyev (76 kq, Sumqayıt), Araz Cəfərov (85 kq, Sumqayıt), Orxan Məmmədov (100 kq, Sumqayıt) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Oxu 3447 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW