AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.09.2010 13:13

Yeniyetmələrin təsnifat yarışları: 3 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir.

AGF-nin 3 saylı nümayəndəliyinin təsnifat yarışları başa çatıb.

Quba Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə təsnifat yarışlarında 53 pəhləvan iştirak edib. Bu görüşlərdə Bəhram Mürşüdov (42 kq, Şamaxı), Məsim Qədirli (46 kq, Şamaxı), Ülvi Nəzərov (50 kq, Xaçmaz), Kamran Kərimov (54 kq, Şamaxı), Elvin Abdullayev (58 kq, Xaçmaz), Əziz Əzizov (63 kq, Xaçmaz), Şamil Gülməmmədov (69 kq, Şamaxı), Sadiq Mütəllimov (76 kq, Şamaxı) və Elnur Məmmədov (85 kq, Xaçmaz) bütün rəqiblərindən üstün olublar.

Yunan-Roma güləşi üzrə təsnifat yarışları Qusar Olimpiya İdman Kompleksində keçirilib və 44 pəhləvan iştirak edib. Yunan-Roma güləşi yarışlarında Orxan Qayınxanov (42 kq, Qusar), Tingin Kərimov (46 kq, Qusar), Abbas Niftəliyev (50 kq, Quba), Həşimbala Heydərov (54 kq, Qusar), Amid Paşayev (58 kq, Qusar), Orxan Sirxayev (63 kq, Qusar), Radim Babayev (69 kq, Qusar), Orxan Əbiyev (76 kq, Qusar) və Pərvin Həsənov (85 kq, Qusar) qalib olublar. 100 kq çəki dərəcəsində iştirakçı olmayıb.

 

Oxu 3307 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW