AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.08.2010 11:45

Yeniyetmələrin təsnifat yarışları: 5 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları davam edir. Bu dəfə AGF-nin 5 saylı nümayəndəliyinin pəhləvanları öz aralarında ən güclüləri müəyyən ediblər. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən təsnifat yarışlarında sərbəst güləş üzrə 82, yunan-Roma güləşi üzrə 66 pəhləvan iştirak edib.

İki gün davam edən sərbəst güləş yarışlarında Vüqar İsayev (42 kq, Göyçay), İlqar Məmmədov (46 kq, Oğuz), Röyal Eyyubov (50 kq, Göyçay), Nazim Abdullayev (54 kq, Göyçay), Elnur Həmzəyev (58 kq, İsmayıllı), Amal Salauzadə (63 kq, Oğuz), Rövşən Hacıyev (69 kq, Ağdaş), Ruhin Cavadov (76 kq, Göyçay) bütün rəqiblərindən üstün olublar. 85 və 100 kq çəki dərəcələrində isə mübarizəyə qatılan olmayıb.

Yunan-Roma güləşi yarışlarında isə, Elşad Məmmədov (42 kq, Kürdəmir), İlkin Quliyev (46 kq, Kürdəmir), Kamal Məmmədli (50 kq, Göyçay), Röyal Quliyev (54 kq, Kürdəmir), Nicat Həşimli (58 kq, Kürdəmir), Əli Həsənov (63 kq, Göyçay), İbrahim Balabəyov (69 kq, Göyçay), Hüseyn Məmişzadə (76 kq, Göyçay), Kənan Vəliyev (85 kq, Göyçay), Əli Həsənov (100 kq, Göyçay) qalib olublar.

Oxu 2846 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW