AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.08.2010 17:37

İlk olimpiya mükafatçımızın xatirə turnirinə təsnifat yarışları

Materialı qiymətləndirin
(0 səs)
Avqustun 21-dən Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda regionlar üzrə təsnifat yarışları start götürəcək. 29 günlük marafonda AGF-in bütün 8 bölgəsi (Bakı, Sumqayıt, Şamaxı, Lənkəran, Göyçay, Yevlax, Gəncə və Naxçıvan MR) mübarizə aparacaq. İdmançılar regionlarda keçiriləcək yarışların nəticələrinə əsasən təyin olunmuş norma üzrə Respublika turnirinə buraxılacaq.

Təsnifat yarışları Yevlaxda 21-23 avqust, Göyçayda 24-26 avqust, Gəncədə 27-29 avqust, Lənkəranda 30 avqust-3 sentyabr, Naxçıvanda 4-5 sentyabr, Şamaxıda 4-6 sentyabr, Sumqayıtda 7-8 sentyabr, Bakıda isə 16-19 sentyabrda baş tutacaq. Proqrama əsasən, öncə güləş xalçası üzərinə sərbəst, sonra yunan-Roma güləşçiləri çıxacaqlar.

Oxu 3025 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW