AGF-nin 1 saylı və 6 saylı nümayəndəliklərinin qarşılaşdığı final görüşündə Bakı pəhləvanları 8-2 hesabı ilə qalib gəlib.
42 kq – Murad Bazarov (1 saylı) –
46 kq – Kərim Cəfərov (1 saylı) – Şaban Şitiyev (6 saylı)
50 kq – Elvin Əliyev (1 saylı) – Məhəmməd Suxuyev (6 saylı)
54 kq – Elman Muxtarov (1 saylı) – Elvin Qantayev (6 saylı)
58 kq – Rövşən Tağıyev (1 saylı) – İsmanyıl İbrahimov (6 saylı)
63 kq – Amil Əhmədov (1 saylı) – Elman Papaxov (6 saylı)
69 kq – Elşən Novruzlu (1 saylı) – Hacımurad Bağmanov (6 saylı)
76 kq – Anar Rəsulzadə (1 saylı) – Elnur İsmayılbəyli (6 saylı)
85 kq – Röyal Mirzəyev (1 saylı) – Hacımurad Çöpsiyev (6 saylı)
100 kq – Türmən Eyyubov (1 saylı) –
Xatırladaq ki, sərbəst güləş üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin finalında isə Gəncə pəhləvanları 6-4 hesabı ilə Sumqayıt güləşçiləri üzərində qələbə qazanıb.
Qeyd edək ki, yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki, keçirilir və 2 mərhələdən ibarət olub. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlax komandaları qüvvələrini sınayıb. Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.