AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.06.2010 01:02

Gəncə pəhləvanları sərbəst güləş üzrə “Region Kuboku”nun qalibi oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

İyunun 16-da sərbəst güləş üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin final görüşləri keçirilib.

AGF-nin 7 saylı və 2 saylı nümayəndəliklərinin qarşılaşdığı final görüşündə Gəncə pəhləvanları 6-4 hesabı ilə qalib gəlib.

42 kq – Ruslan Qasımov (7 saylı) – Ruslan Surxayev (2 saylı)
46 kq
– Nəbi Hüseynov (7 saylı) – Mircəlal Həsənzadə (2 saylı)
50 kq – Əmrah İlyaslı (7 saylı) –
Cahid Həsənzadə (2 saylı)
54 kq – Meydan Qasımov (7 saylı) – Nicat Alverdiyev (2 saylı)
58 kq – Elçin Məmmədov (7 saylı) -
Tural Əhmədov (2 saylı)
63 kq – Fuad Məmmədov (7 saylı) – Nurlan Hacıyev (2 saylı)
69 kq – Xaliq Qasımov (7 saylı) – Rüstəm Baxşiyev (2 saylı)
76 kq – Qəmbər Nağıyev (7 saylı) – Orxan Şərifov (2 saylı)
85 kq – Elcan Usubzadə (7 saylı) – Müşviq Əhmədzadə (2 saylı)
100 kq – Vüsal Şərifov (7 saylı) – Aqşin Məmmədov (2 saylı)

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin final görüşü isə iyunun 18-də keçiriləcək. Finalda Bakı pəhləvanlarının rəqibi Yevlax güləşçiləri olacaq.

Qeyd edək ki, yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki, keçirilir və 2 mərhələdən ibarət olub. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlax komandaları qüvvələrini sınayıb. Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.

Oxu 3827 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW