I yarımqrup
1. Bakı – 1 saylı nümayəndəlik
2. Sumqayıt – 2 saylı nümayəndəlik
3. Gəncə – 7 saylı nümayəndəlik
4. Lənkəran – 4 saylı nümayəndəlik
Gəncə - Bakı 0-10
Sumqayıt - Lənkəran 7-3
Gəncə - Sumqayıt 2-8
Lənkəran - Bakı 0-10
Bakı - Sumqayıt 7-3
Gəncə - Lənkəran 6-4
Regionların kuboku uğrunda komanda birinciliyində yunan-Roma güləşi üzrə II yarımqrupda mübarizə aparan yeniyetmə güləşçilər isə Ağdaş şəhərində keçirilən yarışda öz qüvvələrini sınayıblar.
II yarımqrup
1. Yevlax – 6 saylı nümayəndəlik
2. Göyçay - 5 saylı nümayəndəlik
3. Şamaxı – 3 saylı nümayəndəlik
4. Naxçıvan – 8 saylı nümayəndəlik - iştirak etməyib
Şamaxı - Yevlax 1-9
Göyçay - Şamaxı 9-1
Yevlax - Göyçay 7-3
Yunan-Roma güləşi üzrə final görüşü 18 iyunda keçiriləcək. Regionların kuboku uğrunda komanda birinciliyinin finalında yunan-Roma güləşi üzrə Bakı pəhləvanlarının rəqibi II yarımqrup görüşlərinin qalibi olan Yevlax güləşçiləri olacaq.
16 iyun 2010-cu il tarixdə Bakıda keçiriləcək regionların kuboku uğrunda komanda birinciliyinin finalında sərbəst güləş üzrə isə Sumqayıt və Gəncə pəhləvanları mübarizə aparacaqlar.
Qeyd edək ki, yeniyetmələr arasında regionların kuboku uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki, keçirilir və 2 mərhələdən ibarətdir. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlax komandaları qüvvələrini sınayır. Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.
------------------------------