I yarımqrup
1. Sumqayıt – 2 saylı nümayəndəlik
2. Lənkəran – 4 saylı nümayəndəlik
3. Bakı – 1 saylı nümayəndəlik
4. Göyçay – 5 saylı nümayəndəlik
Sumqayıt - Göyçay 10-0
Bakı - Lənkəran 3-7
Bakı - Göyçay 9-1
Sumqayıt - Lənkəran 5-5 (2-1)
Göyçay - Lənkəran 0-10
Sumqayıt - Bakı 6-4
II yarımqrup
1. Gəncə - 7 saylı nümayəndəlik
2. Şamaxı – 3 saylı nümayəndəlik
3. Yevlax – 6 saylı nümayəndəlik
4. Naxçıvan – 8 saylı nümayəndəlik
Yevlax - Gəncə 2-8
Naxçıvan - Şamaxı 4-5
Gəncə - Şamaxı 8-2
Yevlax - Naxçıvan 7-3
Yevlax - Şamaxı 4-6
Gəncə - Naxçıvan 9-1
Beləliklə, 16 iyun 2010-cu il tarixdə Bakıda keçiriləcək sərbəst güləş üzrə regionların kuboku uğrunda komanda birinciliyinin finalında Sumqayıt və Gəncə pəhləvanları mübarizə aparacaqlar.
Yunan-Roma güləşi üzrə ilk mərhələnin görüşləri 1-2 may tarixlərində Gəncə və Ağdaş şəhərlərində, final görüşü isə 18 iyunda Bakıda keçiriləcək.
Qeyd edək ki, yeniyetmələr arasında regionların kuboku uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki, keçirilir və 2 mərhələdən ibarətdir. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlaxın komandaları qüvvələrini sınayır. Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.