AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.04.2010 11:58

Regionların kubokuna hansı komanda sahib çıxacaq?

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Azərbaycan Güləş Federasiyası bölgələrdə sərbəst və yunan-Roma güləş növlərinin təbliği və inkişafı, idman təşkilatlarında təlim-məşq toplanışlarını təkmilləşdirmək məqsədilə müntəzəm turnirlər təşkil edir. Belə yarışlardan biri də bu ildən etibarən ilk dəfə keçiriləcək regionların kuboku uğrunda komanda birinciliyidir.

Qeyd edək ki, turnir 2 mərhələdən ibarət nəzərdə tutulur. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlaxın komandaları qüvvələrini sınayacaq. İlk mərhələnin görüşləri 29 aprel – 2 may tarixlərində Göyçay, Yevlaxda sərbəst güləş üzrə, Ağdaş və Gəncə şəhərlərində yunan-Roma güləşi üzrə keçiriləcək. Yeniyetmələr arasında təşkil olunacaq bu turnirdə iştirakçı kollektivlər 10 çəkidə mübarizə aparacaqlar. Dairəvi sistem üzrə keçiriləcək birincilikdə qrup qalibləri finala yüksələcəklər. Həlledici mərhələ 16 və 18 iyunda Bakıda təşkil ediləcək.

Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.

 

 

Oxu 2936 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW