AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.02.2010 20:28

Yeniyetmələrin Respublika birinciliyinə təsnifat yarışları - 6 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

31 yanvar-1 fevralda Yevlax Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) idman kompleksində yeniyetmə sərbəst və yunan-Roma güləşçilərin (1993-95) respublika birinciliyinə təsnifat yarışları keçirilib. AGF-in 6 saylı nümayəndəliyinin təşkil etdiyi seçim turnirdə Yevlax, Mingəçevir, Tərtər, Qax, Balakən, Zaqatala, Şəki, Bərdə və Ağdamdan ümumilikdə 176 idmançı iştirak edib.

Yarışdan öncə AGF-in regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, 6 saylı nümayəndəliyin rəhbəri Polad Əliyev, Yevlax rayonunun idman ictimaiyyəti və güləşçilər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun önünə əklil qoyublar.

Yarışın ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə Yevlax Gənclər və İdman İdarəsinin rəisi Benyamin Musayev, rayonun UGİM-in direktoru Tofiq İsgəndərov, AGF-in vitse-prezidenti Cavanşir Qurbanov, eləcə də federasiyanın 6 saylı regionunun nümayəndəsi Rübail Mirzəyev dövlət tərəfindən idmana və idmançılara göstərilən yüksək qayğıdan danışıb, bu diqqətin sayəsində güləşçilərimizin beynəlxalq arenalardan Vətənə böyük qələbələrlə döndüklərini qeyd ediblər.

Nəticələrə gəldikdə, 1-ci gündə rəqabətə sərbəst üsulla mübarizə aparan pəhləvanlar qoşulublar. 106 güləşçinin iştirak etdiyi tutaşmalarda bu proqramda 37, növbəti gündə, yunan-Roma güləşçilərinin (70) mücadiləsində 32 yeniyetmə idmançı respublika birinciliyinə vəsiqə əldə ediblər. Qalib pəhləvanlar aşağıdakılardır.

Sərbəst güləş –

42 kg: 1. İlkin Həşimov, 2. Bəxtiyar Məmmədli (hər ikisi - Yevlax), 3. Hacı Mustafayev (Balakən), Tural Səlimov (Yevlax);
46 kq:
1. Hafiz Novruzov (Zaqatala), 2. Hafiz Şoldubanov (Balakən), 3. Nəcməddin Dibrayev (Zaqayala), Elməddin Əsgərov (Yevlax);
50 kq:
1. Orxan Mustafayev (Bərdə), 2. Qurban Arıyev (Zaqatala), 3. Ramin Namazov (Balakən), Vüqar Vəliyev (Yevlax);
54 kq:
1. Giorgi Otaraşvili (Qax), 2. Səlahəddin Soltanov (Zaqatala), 3. Toğrul Aslanlı, Ramil Mirəli (hər ikisi - Yevlax);
58 kq:
1. Manuçar Zurabaşvili (Qax), 2. Fərid Qarayev (Balakən), 3. Elşad Məmmədov (Zaqatala), Tural Bağırzadə (Tevlax);
63 kq:
1. Ramazan Qasarayev (Zaqatala), 2. Alim Qurbanov (Bərdə), 3. Ülvi Zeynallı, Tehran Əbdülhəmidli (hər ikisi - Qax);
69 kq:
1. Mirzə Mirzəyev (Qax), 2. Elvin İsgəndərov (Zaqatala), 3. Cavid Mehdiyev (Yevlax), Məhəmməd Ömərov (Zaqatala);
76 kq:
1. Camal Əhmədli (Ağdam), 2. Arif Dərişov, 3. Kamil Quluyev (hər ikisi - Balakən);
85 kq:
1. Fərhad Abbasov (Yevlax), 2. Ramazan Şabazanov (Balakən), 3. Nicat Nəsirli (Yevlax);
100 kq:
1. Hüseyn Qurbanov (Qax), 2. Rəcəb Balayev (Zaqatala), 3. Cavid Bəylərov (Ağdam).

Yunan-Roma güləşi

42 kq: 1. Bəxtiyar Məmmədli (Yevlax), 2. Toğrul Əmirxanlı (Mingəçevir), 3. Tural Səlimov, İlkin Həşimov (hər ikisi - Yevlax);
46 kq:
1. Xalid Xalidov (Balakən), 2. İsrafil Əmirli (Mingəçevir), 3. Adışirin Zülfüqarlı (Şəki), Elmir Mehrəli (Tərtər);
50 kq:
1. Məhəmməd Şuxuyev (Balakən), 2. Vasif Almazağazadə (Şəki), 3. İbrahim Məmmədov (Mingəçevir), Sübhan Quliyev (Tərtər);
54 kq:
1. Elvin Qantayev (Balakən), 2. İsmayıl İbrahimli (Mingəçevir), 3. Mehman Mustafayev (Şəki), Əmir Gərayev (Balakən);
58 kq:
1.Küsal Quliyev, 2. Elxan Muxtarlı (hər ikisi - Mingəçevir), 3. Elman Papaxov (Balakən), Tural Bağırzadə (Yevlax);
63 kq:
1.Yadigar Cavanşirli (Tərtər), 2. Fazil İbrahimov, 3. Qinyaz Məmmədov, Elvin Cavadov (hər üçü - Yevlax);
69 kq:
1. Hacımurad Bağmanov (Balakən), 2. Fəzahim Çərkəzli (Tərtər), 3. Murtuzəli Behalov, Rəsul Əsdiyev (hər ikisi - Balakən);
76 kq:
1. Elnur İsmayılbəyev, 2. Xəyyam İsmayılov, 3. Tofiq Qocayev (hər üçü - Mingəçevir);
85 kq:
1. Hacımurad Çopsiyev (Balakən), 2. Elmin Əliyev (Mingəçevir), 3. Nicat Nəsirli (Yevlax);
100 kq:
1. Məmməd Məmmədov, 2. Ayxan Hacızadə (hər ikisi-Yevlax)

Oxu 3472 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW