AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
30.01.2010 11:56

Yeniyetmələrin Respublika birinciliyinə təsnifat yarışları - 5 saylı nümayəndəlik

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
28-29 yanvarda Kürdəmir Olimpiya İdman Kompleksində yeniyetmə sərbəst və yunan-Roma güləşçilərin (1993-95) respublika birinciliyinə təsnifat yarışları keçirilib. AGF-in 5 saylı nümayəndəliyinin təşkil etdiyi seçim turnirdə Göyçay, Ucar, Kürdəmir, Qəbələ, Oğuz və Ağdaşdan ümumilikdə 105 idmançı iştirak edib.

Yarışın ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Kürdəmir rayonu icra başçısının I müavini Vasif Məmmədov, AGF-in regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov turnirin əhəmiyyətindən söz açıb, son zamanlar güləşin surətlə artan inkişafından danışıblar.

Nəticələrə gəldikdə, yarışın ilk günündə sərbəst üsulla mübarizə aparan 26 güləşçi, növbəti gündə, yunan-Roma güləşçilərinin mübarizəsində 31 yeniyetmə idmançı respublika birinciliyinə vəsiqə qazanıb.

Sərbəst güləş

42 kq: 1. Məhəmməd Mikayılov, 2. Vüqar İsayev, 3. Orxan Həmidov (hər üçü – Göyçay), Cavanşir Feyzullayev (Oğuz);
46 kq: 1. Nuru Nuruyev (Göyçay), 2. Süleyman Mərdəli (Qəbələ), 3. İlqar Məmmədov (Oğuz);
50 kq: 1. Nazim Abdullayev (Göyçay), 2. Zaur Əliyev (Ağdaş), 3. Rəşad İsmayılov (Göyçay);
54 kq:
1. Həsən Babazadə (Göyçay), 2. Səttar Seyidxanov (Oğuz), 3. Pünhan Hüseynov (Qəbələ);
58 kq:
1. Vüqar Həmidov, 2. Mais Hacıyev (hər ikisi – Göyçay), 3. Ramazan Əsgərli (Ucar), Ruslan Günəşov (Göyçay);
63 kq: 1. Arif Balabəyov, 2. Şirzal Osmanov (hər ikisi – Göyçay), 3. Amal Salamzadə (Oğuz);
69 kq:
1. Müslüm Məmmədov, 2. Emil Səlimov, 3. Ruhin Cavadov (hər üçü – Göyçay);
76 kq: 1. Racu Əzizov (Göyçay), 2. Elməddin Cumarov (Oğuz).

Yunan-Roma güləşi -

42 kg: 1. Cavidan Şərifov, 2. Arif Əliyev, 3. Ağaveyis Zeynalov (hamısı Göyçay), Rəsul Fərzəliyev (Kürdəmir);
46 kq:
1. İlkin Quliyev (Kürdəmir), 2. Cabbar Yusifli (Göyçay), 3. Təbriz Süleymanov (Göyçay), Elməddin Həmidov (Kürdəmir);
50 kq: 1. Surxay Rəhimov (Kürdəmir), 2. Kamran Babayev (Göyçay), 3. Nicat Qurbanov (Göyçay), Səid Səttarov (Kürdəmir);
54 kq: 1. Nuru Yusifli, 2. Əli Həsənov, 3. Kamal Məmmədov (hamısı Göyçay), Röyal Quliyev (Kürdəmir);
58 kq:
1. Rüfət Əmrahov (Kürdəmir), 2. Rəşad Səfərov (Kürdəmir), 3. Mahmud Nəbiyev (Göyçay), Əkbər Məmmədli (Göyçay);
63 kq: 1. Mirzamis Həşimli (Kürdəmir), 2. Əziz Ağayev (Göyçay), 3. Rüfət Duvayarov (Kürdəmir), Rəşadət İbişov (Kürdəmir);
69 kq:
1. Kənan Vəlizadə (Kürdəmir), 2. Cavidan Ələsgərov (Göyçay), 3. Malik Şirinov (Kürdəmir), Hüseyn Məmişzadə (Göyçay);
76 kq: 1. Əlisa Həsənov (Göyçay);
85 kq:
1. Cavidan Hacıyev (Göyçay);
100 kq:
1. Əli Həsənov (Göyçay)


 

 

Oxu 3647 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW