AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.11.2009 22:54

Bakı çempionatında sərbəst güləş üzrə yarışlar başa çatdı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)

Sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı davam edir. Noyabrın 25-də 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə yarışlar keçirilib.

 

60 kq çəki dərəcəsi üzrə

Ağahüseyn Mustafayev – I yer

Ural Hüseynov – II yer

Etibar Qurbanov – III yer

Azad İsmayılov – III yer

 

74 kq çəki dərəcəsi üzrə

Əşrəf Əliyev – I yer

İbrahim Yusifov – II yer

Elnur Əliyev – III yer

Pərviz Məmmədov – III yer

 

96 kq çəki dərəcəsi üzrə

Cəmaləddin Maqomedov - I yer

Mehman İmamquliyev – II yer

Aslanbek Alborov – III yer

Ramin Abasquliyev – III yer

 

Sərbəst güləş üzrə yarışlarda komanda hesabında “Neftçi” İdman Sağlamlıq Mərkəzinin komandası birinci, “Atasport” İdman Klubunun komandası ikinci, “Gömrükçü” İdman-Sağlamlıq Mərkəzinin komandası isə üçüncü yerə layiq görülüb.

Bu gün həmçinin, yunan-Roma güləşi üzrə 55 və 66 kq çəki dərəcələrində gərgin mübarizə şəraitində yarışlar keçirilib. Nəticələr aşağıdakı kimidir.

 

55 kq çəki dərəcəsi üzrə

Orxan Əhmədov – I yer

Taleh Məmmədov – II yer

Orxan Cabbarlı – III yer

Rəşid Bünyadov – III yer

 

66 kq çəki dərəcəsi üzrə

Rəsul Çunayev – I yer

Həsən Əliyev – II yer

Rüstəm Əliyev – III yer

Sakit Cəlilov – III yer

 

Noyabrın 26-da – turnirin sonuncu günü isə 60, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

 

Xatırladaq ki, Bakı çempionatının nəticələrinə əsasən, ilk 5 yeri tutmuş idmançılar dekabrın 18-20-də yığma komandaların heyətinin müəyyənləşəcəyi “Azərbaycan Kuboku” uğrunda turnirdə yarışmaq hüququ əldə edəcəklər.

Oxu 3161 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW