AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.11.2009 02:07

Bakı çempionatının ilk günü 4 çəki üzrə qaliblər müəyyənləşdi

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Noyabrın 24-də sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatının açılış mərasimi olub. Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev Azərbaycanda güləş məktəbinin ənənələrindən söz açıblar. Natiqlər sov dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd edib və bu işdə dövlətin idmana qayğısını xüsusi vurğulayıblar.

Yarışların birinci günü 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 75 pəhləvan mübarizə aparıb. Turnirin mükafatçıları sırasına isə aşağıdakı idmançılar düşə biliblər.

 

55 kq çəki dərəcəsi üzrə

Toğrul Əsgərov – I yer

Əfrahim Şəfiyev – II yer

Rəvan Babayev – III yer

Nicat Muradov – III yer

 

66 kq çəki dərəcəsi üzrə

Ruslan Dibirqaciyev – I yer

Elmir Qəmbərov – II yer

Ülvi Abbasov – III yer

David Suynyuçxanov – III yer

 

84 kq çəki dərəcəsi üzrə

Nauruz Temrezov – I yer

İlya Xamikoyev – II yer

Fariz Hüseynov – III yer

Azər İsrafilov – III yer

 

120 kq çəki dərəcəsi üzrə

Toxtar Temrezov – I yer

Aslan Cebişov – II yer

Müslüm Müslemov – III yer

Mixail Qazzayev – III yer

 

Noyabrın 25-də mübarizəyə sərbəst üsulla 60, 74 və 96 kiloqram və yunan–Roma güləşi üzrə 55 və 66 kiloqram çəki dərəcələrində yarışan güləşçilər qoşulacaqlar.

Noyabrın 26-da – turnirin sonuncu günü isə 60, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

 

Xatırladaq ki, Bakı çempionatının nəticələrinə əsasən, ilk 5 yeri tutmuş idmançılar dekabrın 18-20-də keçiriləcək "Azərbaycan kuboku" uğrunda Respublika turnirində yarışmaq hüququ əldə edəcəklər.

Oxu 3265 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW